Elanlar+Bütün elanlar
VİDEO
“AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitiutunun Elmi Əsərləri” (Transactions of the Institute of Molecular Biology & Biotechnologies, MSE AR) jurnalının VII cildinin 1-ci nömrəsi (2023-ci il) işıq üzü görüb. Akademik Cəlal Əliyevin 95 illiyinə həsr olunmuş jurnalın bu sayında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda, həmçinin birgə əməkdaşlıq çərçivəsində respublikanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrini özündə əks etdirən 23 elmi məqalə çap edilib. Son nömrəyə daxil olan məqalələr haqqında məlumatları jurnalın müstəqil internet saytından (http://timbb.az) əldə etmək olar. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər”in, həmçinin AGRIS bazasında indeksləşən jurnalların siyahısına daxildir. Hazırda jurnalın Web of Science və Scopus elmmetrik məlumat bazalarına daxil edilməsi istiqamətində də işlər aparılır.